İrəvan Rusiyadan asılılığı azaltmaq üçün bu addımları atır - Erməni nazir açıqladı

İrəvan Rusiyadan asılılığı azaltmaq üçün öz xarici əlaqələrini aktiv şəkildə diversifikasiya edir.

Olaylar.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan parlamentdə büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın Fransa ilə ticarəti 53 faiz, Almaniya ilə 40 faiz, Niderlandla isə 44 faiz artıb:

Bu ilin 9 ayında ölkənin bütünlükdə Avropa İttifaqı ilə ticarətinin 40 faiz artaraq, 2,1 milyard dollara çatdığı deyilir. Beləliklə, Aİ Ermənistanın Rusiyadan sonra ikinci ən böyük ticari tərəfdaşı olub.

Nazir bildirib ki, qeyd olunan dövrdə Ermənistanın Rusiya Federasiyası ilə ticarət dövriyyəsi 50%, Avrasiya İqtisadi Birliyi ilə isə 44% artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31