Vaqner Hizbullaha hava hücumundan müdafiə sistemi verməyə hazırlaşır- ÖZƏL
3 Noyabr 2023 14:27 Dünya"Rusiyanın muzdlu qruplaşması "Vaqner"in "Pantsir-S1" hava hücumundan müdafiə sistemini Livandakı Hizbullah qruplaşmasına verəcəyi barədə xəbərlər gəlməkdədir. Əgər iddialar öz təsdiqini tapsa , Hizbullah İsrailin F-16 və F-35 döyüş təyyarələrini, həmçinin ballistik və hipersonik raketlərini məhv etmək imkanı qazanacaq". "Olaylar" xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib: "Bu iddia Rusiyanın birbaşa müharibəyə qoşulacağı barədə irəli sürülən proqnozlardan daha realdır. Çünki Yaxın Şərqdə NATO-ya daxil olan ölkələrin hərbi dəniz qüvvələri hazır vəziyyətdə kənar kənar ölkələrdən olacaq müdaxilələrin qarşısını almaq üçün keşik çəkir. Rusiyanın müdaxiləsi onunABŞ və NATO ilə birbaşa münaqiçəyə girməsi anlamına gələrdi. İndiki halda Rusiya buna can atmır. Həm də ona görə ki, Rusiya-Ukrayna cəbhəsində NATO qüvvələrinin Ukraynaya ciddi maddi-texniki, hərbi, silah yardımı etməsinə baxmayaraq onlar birbaşa cəbhədə deyillər. Burada da Rusiya ABŞ və NATO qüvvələrinin özlərini Rusiya-Ukrayna cəbhəsində apardığı səpkidə aparacaq. Yəni, Vaqner vasitəsi ilə Hizbullah və hətta HƏMASA əlindən gələn yardımı edəcək. Birbaşa müdaxilədən başqa. Bununla Kremlə Rusiya-Ukrayna toqquşması zamanı ABŞ və onun müttəfiqləri qarşısında yığılıb qalmış "borcunu" ödəmək imkanı qazanacaq. Üstəlik Rusiyanın bu yardımı getdikcə artacaq və sonda ən ciddi silahlara çatacaq. Bu sahədə Kremlin İranın imkanlarını da koordinasiya edəcəyi istisna olunmur. Yəni İran "Şahidlərinin" tezliklə Hizbullahın bazalarından İsrailə istiqamət götürəcəyi artıq zaman məsələsidir.Yaxın Şərqdəki bu müharibənin uzun müddət davam edəcəyini proqnozlaşdıranlar təəsüf ki, yanılmırlar".