Türkiyə polisi 1,1 ton narkotik ələ keçirdi - 175 nəfər saxlanıldı
3 Noyabr 2023 14:01 DünyaTürkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Nazirin sözlərinə görə, Türkiyənin 44 vilayətində "Narkogüc" adı altında aparılan əməliyyat nəticəsində 1,1 ton narkotik maddə, çox sayda silah-sursat və xeyli miqdarda pul ələ keçirilib. Ümumilikdə 985 polis əməkdaşının iştirak etdiyi əməliyyatın gedişində 175 nəfər saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31