Evsiz vətəndaşlar dövlət qurumlarının qonaq evlərinə yerləşdiriləcək - ÖZƏL
3 Noyabr 2023 12:35 DünyaQış aylarında küçələrdə yaşayan evsiz şəxslərin sığınacaqlara yerləşdirilməsi və onların əsas ehtiyaclarını qarşılanması üçün lazımı tədbirlər görüləcək. "OLAYLAR" xəbər verir ki, bu barədə açıqlamanı Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi verib. Nazirlikdən bildirilib ki, bu məqsədlə 81 əyalət rəhbərliyi məsləhətləşmələr aparılıb və onlara sözügedən problemin həlli yollarını özündəı ehtiva edən sənəd göndərilib.
Nazir Mahinur Özdemir Göktaşın imzası ilə göndərilən sənəddə vətəndaşlara şəfqət və qayğı göstərilməsi, lazım gəldikdə psixososial dəstək verilməsi istənilib.
Qış aylarında bir dənə də olsun vətəndaşın küçədə qalmaması üçün lazımi iş və prosedurların dərhal həyata keçiriləcəyini bildirən sənəddə qeyd olunur ki, vilayət və rayonlardakı evsiz, kimsəsiz insanlar qısa müddətdə müəyyən edilsin. Həmin insanların ilk növbədə əyalət və rayon sərhədlərində yerləşən dövlət qurumlarının qonaq evlərinə yerləşdiriləcəyi qeyd edilir.