ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir, lakin onlar əbəsdir – ÖZƏL
3 Noyabr 2023 11:07 Dünya"ABŞ daha bir anti-Rusiya sanksiyaları elan edib, lakin Rusiya iqtisadiyyatı böyüməyə davam etdiyi üçün bu sanksiyalar boşunadır".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
"Yeni anti-Rusiya sanksiyaları məhz bu gün elan edilib. Bu şəraitdə Rusiya ilə işləməyə çalışan bir çox xarici şirkətlər sanksiyalara məruz qalıb. İndi baş verənlərə baxın. Kənd təsərrüfatı sektorumuz bunun öhdəsindən gəlir. Təyyarələrimiz havaya qalxmağa davam edir. İqtisadiyyatımız böyüməyə meyllidir" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31