Dünya Sülh Konfransı keçiriləcək - ÖZƏL

"Yaxın Şərqdə sülhün və sabitliyin əldə olunması üçün Dünya Sülh Konfransının keçirilməsi istiqamətində səylərimizi davam etdiririk". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin çıxışı zamanı səsləndirib. Türkiyə lideri deyib ki, tezliklə Yaxın Şərqdə atəşkəsə nail olunmalıdır:

"Müsəlman, xristian, yəhudi və s. olmasından asılı olmayaraq biz qan tökülməsi, insanların qətlə yetirilməsinə qarşıyıq. Ümid edirəm ki, bu istiqamətdəki fəaliyyətlərimiz müsbət nəticə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31