Rusiya Qafanda baş konsulluq açmaq qərarına gəlib

Rusiya Ermənistanın Qafan şəhərində baş konsulluğunun açılması ilə bağlı razılaşmanı təsdiqləyib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə sərəncamı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb.

Rusiyanın Qafandakı baş konsulluğu Ermənistanda sayca ikinci olacaq.

Bundan əvvəl Rusiyanın Gümrüdə konsulluğu olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31