Azərbaycan və Türkiyə idmançıları İrəvandakı yarışdan İMTİNA ETDİ

Noyabrın 10-12-də İrəvanda keçiriləcək sambo üzrə dünya çempionatında Azərbaycan və Türkiyə idmançıları iştirak etməyəcək.

Olaylar.az milli.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Sambo Federasiyasının rəhbəri Mikael Ayrapetyan jurnalistlərə bildirib.

Qeyd olunub ki, artıq 70-dən çox ölkənin nümayəndəsi yarışda iştirak etmək üçün ərizə verib.

500-dən çox idmançının və 2500-dən çox qonağın İrəvana gələcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31