Blinken İsraildən bunu tələb edəcək - NYT

ABŞ Dövlət katibi Entoni Blinken səfər zamanı İsrail hökumətindən humanitar yardımların çatdırılması və girovların azad edilməsi üçün hərbi əməliyyata fasilə verilməsini istəyəcək.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.

"Blinken İsrailə gələndə daha çox "humanitar fasilə" üçün təkid edəcək", - deyə bildirilib.

Qeyd edək ki, E.Blinken 2-10 noyabr tarixlərində İsrail, İordaniya, Yaponiya, Cənubi Koreya və Hindistana səfər edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31