ÜST-dən şok: Qəzzada yaralılar...

Qəzzada həkimlər xəstələri və yaralıları narkozsuz əməliyyat etməyə məcbur qalır, morqlar doludur, anklavdakı vəziyyəti təsvir etmək mümkün deyil.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

"Qəzzada 21 mindən çox insan yaralanıb, 1 milyon 400 mindən çox insan isə didərgin düşüb. Qəzzadakı vəziyyəti sözlə ifadə edilə bilməz", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31