“Kiyev “sülh formulunu” yenidən nəzərdən keçirməyə razılaşıb”
2 Noyabr 2023 20:40 DünyaUkrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Maltadakı görüşdən sonra ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri Cek Sallivan ilə telefonda "sülh formulu"nu müzakirə edib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Yermak öz teleqram kanalında məlumat verib.
"Kiyev Ukrayna Prezidenti Volodimir Zelenskinin təklif etdiyi "sülh formulunu" yenidən nəzərdən keçirməyə razılaşıb", - o bildirib.
Qeyd edək ki, oktyabrın 28-29-da Maltada Ukrayna "sülh formulu" ilə bağlı görüş keçirilib. İştirakçılar arasında G7 ölkələri, Cənubi Afrika, Qətər, Türkiyə və Hindistan olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31