500-dən çox qanunsuz miqrant SAXLANILDI
2 Noyabr 2023 20:06 DünyaTürkiyədə qanunsuz miqrasiyaya qarşı mübarizə davam edir. Bu məqsədlə İstanbulda genişmiqyaslı əməliyyat keçirilib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Nazirin sözlərinə görə, İstanbulda xarici vətəndaşların ən sıx yaşadığı rayonlardan biri olan Esenyurtda "Qalxan" adı altında keçirilən əməliyyat zamanı 512 miqrant saxlanılıb. Həmin şəxslərin Türkiyə ərazisində qanunsuz yaşadıqlarını bildikləri halda evlərini onlara kirayə verən 41 nəfər barəsində müvafiq tədbir görülüb.
Əməliyyatda Türkiyə təhlükəsizlik qüvvələrinin 452 əməkdaşı iştirak edib. Miqrantlar ölkələrinə geri qaytarılmaq üçün miqrasiya xidmətinə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31