Qəzza zolağında atışma və yanacaq çatışmazlığı səbəbindən xəstəxanaların demək olar yarısı bağlanıb - ÖZƏL

Qəzzanın 36 xəstəxanasının təxminən yarısı dağıntılar və davam edən hücumlar səbəbindən bağlanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus X sosial şəbəkəsində (keçmiş Twitter) bildirib.

"Qəzzada 36 xəstəxanadan 14-ü və 2 ixtisaslaşdırılmış mərkəz yanacaq çatışmazlığı, dağıntılar, hücumlar və təhlükəsizlik səbəbilə işləmir", - deyə hesabatda bildirilir. O, həmçinin qeyd edir ki, açıq səhiyyə müəssisələri 40% tutumdadır.

Qebreyesusun sözlərinə görə, ÜST atəşkəsə, mülki şəxslərin fəal müdafiəsinə və onların tibbi və humanitar yardımlara çıxışını təmin etməyə çağırır.

Bundan başqa, Qəzza zolağında qaçqınlarla bağlı vəziyyət gərgin olaraq qalır. BMT 690 minə yaxın məcburi köçkün fələstinlinin 149 məntəqədə cəmləşdiyini bildirib.

Bu həftə Qəzzanın Daxili İşlər Nazirliyi bildirib ki, gərginlikdən sonra bir damcı da yanacaq gəlməyib. Həmçinin bildirilib ki, hava hücumları və güclü bombardmanlar Qəzzanın şimal və cənubunu birləşdirən infrastruktura ziyan vurub, humanitar yüklərin qəbuluna mane olub.

Bundan əvvəl ÜST Qəzza zolağında xərçəng xəstələrinin taleyindən son dərəcə narahat olduğunu bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31