Qərbin Ermənistana dəstəyi siyasi bəyanatlardan o yana keçmir - ÖZƏL
2 Noyabr 2023 16:53 Dünya"Ermənistan baş naziri N. Paşinyan demokratik imicdə özünü Qərbə təqdim edib dəstək qazanmaq istəyirdi. Lakin onun bu planları fiaskoya uğradı və Qərbin, xüsusən də Fransanın Rusiyaya alternativ ola bilməyəcəyini və regiona girə bilməyəcəyini təxmin etdi. Görünür Moskva ilə konfrantasiyaya girməyin və maraqlarına zidd addımlar atmağın ağır fəsadlar verəcəyi də diqqətə alınıb".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki,
Qərbin Ermənistana dəstəyi siyasi bəyanatlardan, yaxud hədələyici ritorikadan o yana keçmir:
"Rusiyanın Ermənistanla gərginliyi davam etdirməsi, həmçinin qonşuları ilə düşmənçilik mövqeyindən əl çəkməməsi ikincinin bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməsinə gətirərdi. Bütün sferalarda Ermənistan Rusiyadan birbaşa asılıdır. Külli miqdarda maliyyə borcuna görə strateji sahələr, o cümlədən iqtisadiyyatın şah damarı hesab olunan enerji sektoru bütünlükdə Moskvanın əlindədir. Lakonik desək Rusiyanın forpostu olan Ermənistanın Moskvadan imtina edib Qərbə güya inteqrasiyası absurddur. Paşinyanın Qərbə yaxınlaşması daha çox keçmiş Dağlıq Qarabağ məsələsində Kremlin alışqan olduqları dəstəyi almadığından irəli gəlirdi".