Özbəkistan və Fransa birgə ticarət palatası yaradıblar - ÖZƏL
2 Noyabr 2023 16:26 DünyaOlaylar.az xəbər verir ki, Özbəkistan və Fransa birgə ticarət palatası açıblar. Bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.
Palatanın yaradılması barədə razılıq Mirziyoyev və Fransa prezidenti Emmanuel Makron arasında geniş tərkibdə danışıqların yekunu üzrə əldə olunub. Tərəflər Daşkənddə Business France agentliyinin ofisinin açılması barədə də razılığa gəliblər.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Mikronun Mərkəzi Asiya ölkələrinə turnesinin sonunda Özbəkistana gəlişi barədə məlumat yayılmışdı .
Bu, Fransua Mitteranın 1994-cü ildə ölkəyə səfərindən sonra son 30 ildə Fransa liderinin Özbəkistana ilk səfəridir . Eyni zamanda, Özbəkistan prezidenti Şavkat Mirziyoyev təyinatından sonra iki dəfə - 2018 və 2022-ci illərdə Fransaya səfər edib.