"Ermənistan hazırki rəhbərliyinin məqsədyönlü şəkildə və inadla müttəfiqlik əlaqələrimizi pozduğunu görmək təəssüf doğurur"

Moskva Ermənistanın Maltada keçirilən Ukrayna üzrə konfransda iştirakını nümayişkaranə anti-Rusiya jesti hesab edir.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"Maltada "Kopenhagen formatında" görüşdən bəhs edirsinizsə, bunu rəsmi İrəvanın nümayişkaranə anti-Rusiya jesti hesab edirik", - deyə Zaxarova jurnalistin sualına cavab olaraq bildirib.

"Ermənistan hazırki rəhbərliyinin məqsədyönlü şəkildə və inadla müttəfiqlik əlaqələrimizi pozduğunu görmək təəssüf doğurur", - Rusiya XİN nümayəndəsi deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31