Oktyabrın 7-də başlayan İsrail-HƏMAS müharibəsi nəticəsində Qəzzada ölənlərin sayı 9061 nəfərə çatıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.
"Qəzzada münaqişə başlayandan bəri qurbanların ümumi sayı 9061 nəfərə çatıb. Onlardan 3760-ı uşaq, 2326-sı isə qadındır", - məlumatda qeyd olunub.