Ərdoğan Qazaxıstana getdi
2 Noyabr 2023 14:04 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfər edib.
Olaylar.az xəbər verir ki, Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Astanada keçiriləcək X Zirvə görüşündə iştirak edəcək.
Səfərdə Prezident Ərdoğanı enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, ticarət naziri Ömer Bolat, TDT-nin Ağsaqqallar Şurasının sədri Binali Yıldırım, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun müşayiət edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31