9 ayda 24,5 milyon ton polad istehsal edilib - ÖZƏL
2 Noyabr 2023 12:54 DünyaTürkiyədə polad istehsalında azalma qeydə alınıb. "OLAYLAR" Türkiyə Polad İstehsalçıları Birliyinə (TÇÜD) istinadən xəbər verir ki, cari ilin 9 ayında keçən ilin eyni dövrü ilə müqayisədə polad istehsalı 10,1 azalıb. Nəticədə istehsal cəmi 24,5 milyon tona çatıb.
Hazır məhsul istehlakı isə sentyabr ayında əvvəlki ilin eyni ayına nisbətən 30,3 artaraq 2,8 milyon tona, yanvar-sentyabr dövründə isə 18,5 faiz artaraq 28,9 milyon tona çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31