Dollarla bağlı mühüm QƏRAR VERİLDİ
2 Noyabr 2023 12:38 DünyaABŞ-də mərkəzi bankın funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FRS) çərşənbə günü keçirilən iclasdan sonra baza dərəcəsini 5,25-5,5% səviyyəsində saxlayıb.
Olaylar.az xəbər verir ki, ABŞ hökuməti uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2% inflyasiyaya nail olmağa çalışır. Bu məqsədlərə dəstək olaraq, FED federal fondların dərəcəsi üçün hədəf diapazonunu 5,25-5,5% səviyyəsində saxlamağa qərar verib.
Qeyd olunub ki, FED həmçinin xəzinədarlıq və ipoteka qiymətli kağızlarını azaltmağa davam edəcək. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31