Meksikada təyyarə qəzası olub, ölənlər var
2 Noyabr 2023 09:22 DünyaMeksikanın cənubundakı Morelos ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub.
Olaylar.az xəbər verir ki, bu barədə ştat hökumətinin feysbuk səhifəsində bildirilib.
Tetlama şəhərində qeydə alınan hadisə zamanı ekipaj üzvlərinin hamısı dünyasını dəyişib.
Hadisə yerinə xilasedicilər gəlib, rayon prokurorluğu hadisənin səbəblərini araşdırır. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31