Dilan Polatın polislərdən qəribə istəyi
2 Noyabr 2023 09:16 DünyaDÖtən gün saxlanılan internet fenomeni Dilan Polat həbsdə olarkən polisdən qəribə istəyi olub.
Olaylar.az olay-a istinadən bildriir ki, D.Polat polislərdən dərisi üçün istifadə etdiyi vitaminləri istəyib.
"Mənim dərim çox vacibdir. Dərim burada zədələnəcək. İstifadə etdiyim vitaminləri istəyirəm" - deyə Dilan Polat istəyini dilə gətirib.
Qeyd edək ki, bir müdddət öncə Dilan və Engin Polatın var-dövləti müsadirə edilib. Cütlüyə, həmçinin ölkəni tərk etmək qadağası qoyulub.
Polat ailəsinə qarşı şirkətlər arasında şübhəli münasibətlərin olması və mövcud olmayan şirkətlərə hesab-fakturalar verməklə vergi bazasını azaltmağa çalışmaqları, çirkli pulların yuyulması kimi ittihamlar irəli sürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31