Ərdoğan TDT-nin X sammitində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2-3 noyabr tarixlərində Qazaxıstanda səfərdə olacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının "Türk Dövrü" şüarı altında keçiriləcək X sammitində iştirak edəcək.

Toplantı zamanı liderlər təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri müzakirə edəcək, cari, qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31