Emmanuel Makron Özbəkistana SƏFƏR ETDİ

Fransa Prezidenti Emmanuel Makron Özbəkistana səfər edib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.

Səmərqənd beynəlxalq hava limanında onu Baş nazir Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

Özbəkistan Prezidenti Şövkət Mirziyayev və Makronun birgə biznes forumda iştirakı gözlənilir.

Qeyd edək ki, Makron bundan öncə Qazaxıstanda səfərdə olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31