İordaniya naziri Hollandiyanı BMT-də səsvermədə bitərəf olmağa məcbur edir - ÖZƏL

BMT-də Qəzzada atəşkəslə bağlı səsvermə ərəfəsində İordaniya naziri de-fakto Hollandiyanı şantaj edərək ərəb ölkələrinin Ukraynaya dəstəyini dayandırmaqla hədələyib.

Olaylar.az xəbər verir ki, bu barədə Hollandiyanın NRC qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, səsverməyə bir neçə gün qalmış Hollandiyanın xarici işlər naziri Hanke Bruins Slot iordaniyalı həmkarı Ayman Safadidən zəng edib. O bildirib ki, qətnamə layihəsi Qərb ölkələrinin maraqları nəzərə alınmaqla dəyişdirilib.

Konkret olaraq, "dərhal atəşkəs" ifadəsi "davamlı humanitar atəşkəs"lə əvəz edilib. O, Hollandiyanı İordaniyanın qətnaməsini dəstəkləməyə çağırıb.

Nəşrin məlumatına görə, nazir söhbətində bildirib ki, əks halda ərəb ölkələrindən Ukraynaya dəstək çətinləşəcək.

Əvvəlcə onun əleyhinə səs verməyi planlaşdıran Hollandiya sonda bitərəf qaldı.

BMT-də İordaniyanın Qəzzada təcili humanitar atəşkəs və atəşkəsə çağıran layihəsi üzrə səsvermə oktyabrın 30-na keçən gecə keçirilib. Onu 120 ölkə, o cümlədən Rusiya, Çin və Braziliya dəstəkləyib. Hollandiya, Avstraliya, Kanada, Almaniya, İtaliya və Ukrayna nümayəndələri bitərəf qalıblar. ABŞ, İsrail, Avstriya, Çexiya, Xorvatiya və Macarıstan da daxil olmaqla, 14 ölkə buna qarşıdır.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Qəzzadan rusların təxliyyə edilməsinin təfərrüatlarını açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31