Kiyev bir həftə ərzində 115-dən çox hərbçisini itirib - ÖZƏL
1 Noyabr 2023 15:49 Dünya"Ukrayna hərbçiləri son bir həftə ərzində Luqansk Xalq Respublikasının (LPR) ərazisinə hücum cəhdləri zamanı 115-dən çox hərbçini itirib və yaralanıb".
Olaylar.az xəbər verir ki, bunu LPR rəhbəri Leonid Paseçnik bildirib.
LPR rəhbəri bildirib ki, son bir həftə ərzində Rusiya qüvvələri Ukrayna qoşunlarının 17 quru və 19 hava hücumunu dəf edib.
"Cəbhənin Berestovye-Pereyezdnoye sektorunda Ukrayna ordusunun bölmələrinin 8 hücumu dəf edilib, düşmən 35-dən çox hərbçisini itirib. Novodrujesk-Qriqorovka cəbhə bölgəsində Ukrayna hərbçiləri mövqelərimizə altı uğursuz hücum cəhdi edib və nəticədə, 20-yə yaxın hərbçi həlak olub və yaralanıb. Volçeyarovka-İvano-Daryevka bölgəsində düşmənin üç hücumu dəf edilib, Ukrayna ordusu 60-dan çox hərbçisini itirib və yaralanıb" - Paseçnik, bildirib.