İran prezidenti Türkiyəyə səfər edəcək

İran prezidenti İbrahim Rəisi Türkiyəyə səfər edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyin Əmir Abdullahianla birgə mətbuat konfransında deyib.

Qəzzadakı hadisələri qiymətləndirən Hakan Fidan münaqişə iştirakçılarını davamlı sülhə çağırıb.

"Bunun region ölkələrini təsiri altına alacaq müharibəyə çevrilməsini istəmirik", - o deyib.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian Türkiyədə səfərdədir. İranlı nazir bundan əvvəl Dohaya səfər edib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31