Böyük Britaniya Qlobal Süni İntellekt sammitinə ev sahibliyi edir
1 Noyabr 2023 14:49 DünyaBöyük Britaniyada Qlobal Süni İntellekt sammiti keçirilir.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, 1-2 noyabr tarixlərində keçiriləcək sammitdə bir sıra siyasətçi və texnologiya üzrə liderlər iştirak edərək, cəmiyyəti dəyişən texnologiyalara mümkün reaksiyaları müzakirə edəcəklər.
Sammitdə Böyük Britaniyanın baş naziri Rişi Sunak, ABŞ-nin vitse-prezidenti Kamala Harris, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və BMT-nin baş katibi Antonio Quterreşin də iştirak edəcəyi bildirilib.
Qeyd olunub ki, aparıcı süni intellekt (artificial intelligence - AI) vasitələrinin təsirləri ilə bağlı artan narahatlıqların müzakirəsi konfransın əsas mövzusunu təşkil edəcək. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31