İki ölkə lideri görüşəcək
1 Noyabr 2023 14:11 DünyaABŞ Prezidenti Cozef Bayden noyabrın ortalarında Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, liderlərin San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu çərçivəsində konstruktiv müzakirə aparacaqlarına dair prinsipial razılıq var.
Forumun dəqiq tarixi və görüşün gündəliyi açıqlanmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31