İngiltərə, Niderland və Fransa Qəzza zolağına yardım göndərəcək

İngiltərə, Niderland və Fransa Qəzza zolağına dəniz yolu ilə humanitar yardım göndərmək imkanı üzərində işləyirlər.

Olaylar.az-ın məlumatına görə, bu barədə Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.

Nəşr mənbələrə istinadən qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron və Niderlandın Baş naziri vəzifəsini icra edən Mark Rütte keçən həftə İsrailə ayrı-ayrılıqda edilən səfərlər zamanı belə bir təkliflə çıxış ediblər. Bildirilib ki, Böyük Britaniya da bu ehtimalı nəzərdən keçirir.

Adı açıqlanmayan İsrail rəsmisinin sözlərinə görə, ölkəsi Qəzza zolağına dəniz yolu ilə humanitar yardım göndərilməsinə yalnız gəmilərdə daşınan yüklərlə bağlı "yoxlama mexanizmi" olduqda razılıq verəcək. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31