İtaliya Qəzzada səhra xəstəxanası qura bilər
1 Noyabr 2023 10:15 Dünyaİtaliya Qəzza zolağında səhra xəstəxanası yaratmağı düşünür.
Olaylar.az-ın məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Qido Krosetto məlumat verib.
"Hərbi Hava Qüvvələrinin Qəzza zolağının əhalisi üçün humanitar yardım aparan daha bir təyyarəsi Misirin Əl-Ariş hava limanına enib. Biz Qəzzada səhra xəstəxanası yaratmaq imkanını nəzərdən keçiririk", - deyə nazir X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31