HƏMAS yaxın günlərdə bir neçə əcnəbi girovu azad edəcək
31 Oktyabr 2023 23:06 DünyaFələstinin HƏMAS hərəkatının "İzzəddin əl-Qəssam Briqadaları" silahlı qanadı yaxın günlərdə saxladığı bir neçə əcnəbi girovu azad etmək niyyətində olduğunu açıqlayıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın silahlı qanadının rəsmi nümayəndəsi Əbu Übeydə bildirib.
Onun sözlərinə görə, Qəzzada saxlanılan xarici dövlətlərin vətəndaşları olan şəxslərin azad edilməsi üçün bir sıra ölkələr vasitəçilər vasitəsilə müraciət ediblər.
"Vasitəçilərə bildirmişik ki, yaxın günlərdə bir neçə əcnəbini azad edəcəyik", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31