İrəvandakı “Qarabağ mərkəzi” fəaliyyətinə xitam verdi
31 Oktyabr 2023 22:54 Dünyaİrəvanda (Abovyan küç. 9) Qarabağ məsələləri üzrə operativ qərargah fəaliyyətini dayandırıb. Müavinət almaq üçün qərargaha gələn qarabağlılara onun ləğv olunduğu bildirilib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Qeyd edilib ki, oktyabrın 20-də Operativ Qərargahın fəaliyyətinin dayandıracağı barədə açıqlama yayılmışdı. Konkret tarix açıqlanmasa da, bildirilirdi ki, Qarabağdan köçənlərə yardımın verilməsi Ermənistan Humanitar Mərkəzi tərəfindən əlaqələndiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31