Lionel Messi Barselona ilə vidalaşmağı düşünür - ÖZƏL

Olaylar.az türk mediasına istinadən xəbər verir ki, argentinalı futbolçu Lionel Messi ilin futbolçusuna verilən Qızıl top mükafatını qazanıb. Qətərin ev sahibliyi etdiyi FIFA 2022 Dünya Çempionatında Argentina Milli Komandası ilə çempionluq qazanan 36 yaşlı Messi karyerasında 8-ci dəfə bu mükafata layiq görülüb. Ulduz əfsanə olduğu Barselonaya qayıtmağın mümkünlüyündən danışaraq Barselonanı çox sevdiyini bildirib.

Messi səkkizinci dəfə "Qızıl top"u qazanması ilə bağlı deyib ki, bu mükafatı qazanmaq onun üçün heç vaxt prioritet olmayıb. O, 8 Qızıl top qazanan yeganə oyunçu olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib.

Qeyd edək ki, "Qızıl top"1956-cı ildə Fransanın nüfuzlu "France Football" həftəliyinin UEFA ilə birgə təsis etdiyi mükafatdır. 1956-cı ildən 2010-cu ilə qədər hər ilin yekununda idman yazarlarının rəyi əsasında Avropanın ən yaxşı futbolçusu müəyyənləşdirilib bu mükafata layiq görülür. Qitənin, demək olar, bütün ölkələrinin idman nəşrlərinin nümayəndələri səsvermədə iştirak imkanına malik olurlar. Azərbaycanda bu missiyanı həftəlik "Olimpiya dünyası" qəzeti yerinə yetirir. 2010-cu ildə "France Football" həftəliyinin "Qızıl top" və "FIFA ilin futbolçusu" mükafatları birləşdirilərək "FIFA-nın qızıl topu" adlandırılıb. Bu mükafatın ilk qalibi Stenli Metyuz olub.

Lionel Messi 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən dünya çempionatının da qalibi olub. O, daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə "Qızıl top" mükafatına layiq görülüb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31