İsrailin hücumunu lənətləyirik - Türkiyə

İsrailin Cibaliye düşərgəsinə (Qəzza) hücumunu lənətləyirik.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyənin hakim İnkişaf və Ədalət Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

"İsrail ordusuna hər hansı qırmızı xətt bildirmirik - deyənlər bu qətliamı təşviq etdilər", - deyə sözçü bildirib.

Qeyd edək ki, İsrail ordusunu Cibaliye düşərgəsinə hücumu nəticəsində azı 100 dinc sakin həlak olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31