Günün üçüncü pilotsuz təyyarəsi Belqorod vilayəti üzərində vurulub - ÖZƏL

Oktyabrın 31-i axşam saatlarında Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Oktyabrın 31-də Moskva vaxtı ilə saat 19.00 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb", - məlumatda deyilir.

Növbətçi hava hücumundan müdafiə sistemləri bu PUA-nı məhv edib.

Bu gün Müdafiə Nazirliyi PUA-lardan istifadə etməklə Rusiya hədəflərinə daha iki hücum cəhdi barədə məlumat verib. Birincisi Moskva vaxtı ilə saat 11:30-da, ikincisi isə Moskva vaxtı ilə 13:00 radələrində baş verib. Hər iki halda pilotsuz təyyarələr məhv edilib.

Bundan əlavə, Bryansk vilayətində Ukraynaya məxsus pilotsuz uçan aparat da vurulub. Region qubernatoru qeyd edib ki, hadisə nəticəsində xəsarət alan və dağıntı yoxdur.

Qeyd edək ki, bundan əvvəl Kursk vilayətinin ərazisinə partlayıcı maddələr olan Ukraynaya məxsus kvadrokopter düşüb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31