İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək
31 Oktyabr 2023 21:07 DünyaNoyabrın 1-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Türkiyəyə səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Hüseyn Əmir-Abdullahianın türkiyəli həmkarı Hakan Fidan ilə görüşü nəzərdə tutulur. Görüş zamanı başda İsrail-Fələstin qarşıdurması olmaqla, bölgədə baş verən son hadisələrin müzakirə edilməsi ehtimal olunur.
Türkiyə və İran XİN rəhbərlərinin mediaya birgə açıqlama vermələri gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31