10 min 601 qeyri-qanuni mühacir və 563 terrorçu yaxalanıb - ÖZƏL
31 Oktyabr 2023 20:25 DünyaOlaylar.az türk mediasına istinadən xəbər verir ki, Türkiyədə Parlamentin İmmiqrasiya və İnteqrasiya Komitəsində "sərhəd tədbirləri" mövzusunda təqdimat keçirilib. Çıxış edən Milli Müdafiə Nazirliyinin Plan Əməliyyatları Koordinasiya İdarəsinin rəisi, briqada generalı Serkan Bircan bildirib ki, sərhədlər 60 min personal tərəfindən qorunur. Suriya sərhədində 63%, İraq sərhədində 100% nəzarətin təmin edildiyini ifadə edən Bircan tutulan qeyri-qanuni mühacirlərin sayı ilə bağlı məlumat paylaşıb. Qeyd olunub ki, 2023-cü ildə təxminən 183 min qeyri-qanuni immiqrantın qarşısı alınıb, 10 min 601 qeyri-qanuni immiqrant və 563 terrorçu tutulub, "sərhəd təhlükəsizliyi" üçün təyin edilmiş əsgər sayı isə 60 min nəfər olub.
O, indiyədək 30 milyon kvadratmetr ərazinin minalardan təmizləndiyini vurğulayaraq bir çox ölkənin Türkiyədən nümunə götürərək sərhədlərində tədbirlər gördüyünü bildirib.