ABŞ Qəzzada “humanitar pauza”nın tətbiqini nəzərdən keçirməyə çağırıb - ÖZƏL

Vaşinqton Qəzza zolağında "humanitar pauza"nın tətbiqi imkanlarını nəzərdən keçirməyi zəruri hesab edir.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu dövlət katibi Entoni Blinken ABŞ Senatının Təxsisatlar Komitəsinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Fələstin anklavında mülki əhali qida və su almağa davam etməlidir. Eyni şey mülki əhalinin dərman və digər zəruri mallarla təminatına da aiddir.

Blinken əlavə edib ki, "Mülkilər təhlükəsiz qalmalıdırlar ki, bu, [Fələstinin radikal hərəkatı] HƏMAS-ın mülki şəxslərdən canlı qalxan kimi istifadə etməsi ilə daha da çətinləşsin".

Bununla əlaqədar o, beynəlxalq ictimaiyyəti və Yaxın Şərq münaqişəsi tərəflərini döyüş bölgəsində "humanitar pauza"nın tətbiqi imkanlarını nəzərdən keçirməyə çağırıb.

Oktyabrın 31-də RİA Novosti Dohadakı diplomatik mənbəyə istinadən Amerika hakimiyyət orqanları ilə Fələstin HƏMAS hərəkatının rəhbərliyi arasında təmasların olduğunu bildirib. Agentliyin məlumatına görə, ABŞ və HƏMAS nümayəndələri Qətər hökuməti vasitəsilə regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparırlar.

Bundan əvvəl Antoni Blinken və ABŞ-ın müdafiə naziri Lloyd Ostinin konqresmenləri Ukrayna və İsrailə yardım üçün vəsait ayırmağa inandırmaq planları barədə məlumat verilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31