Bryansk vilayətində Ukraynaya məxsus pilotsuz uçan aparat məhv edilib - ÖZƏL

Bryansk vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatı məhv edilib.

Olaylar.az xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Boqomaz öz Telegram kanalında məlumat verib.

"Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən Starodub bələdiyyə rayonu üzərində təyyarə tipli pilotsuz uçuş aparatı məhv edilib", - o yazıb.

Qubernatorun sözlərinə görə, hadisə nəticəsində tələfat və dağıntı olmayıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Bundan əvvəl Boqomaz Bryansk vilayətinin Trubçevski rayonunda yerləşən Belaya Berezka kəndinin Ukrayna hərbçilərinin atəşinə məruz qaldığını bildirib. Oktyabrın 31-də səhər saatlarında ukraynalı əsgərlər Bryanskın Suşanı kəndinə hücum ediblər. Bölgə qubernatoru Aleksandr Boqomazın verdiyi açıqlamaya görə, atəş nəticəsində kənddə iki qeyri-yaşayış binası yanıb. Rayon icra hakimiyyətinin başçısı vurğulayıb ki, hazırda yanğınlar lokallaşdırılıb.

Qeyd edək ki, bundan əvvəl Kursk vilayətinin ərazisinə partlayıcı maddələr olan Ukraynaya məxsus kvadrokopter düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31