Abdullahian HƏMAS lideri ilə görüşdü

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Dohada HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.

Olaylar.az gundem.az-a istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Qəzza zolağında baş verən son hadisələri müzakirə ediblər.

Qeyd edək ki, bu, Abdullahianla Haniyənin HƏMAS-ın 7 oktyabrda İsrailə hücumundan bəri ikinci görüşüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31