ABŞ Qətər vasitəsilə HƏMAS liderləri ilə əlaqə saxlayır - ÖZƏL

ABŞ Qətər vasitəsilə Fələstinin HƏMAS radikal hərəkatının liderləri ilə əlaqə saxlayır.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.

KİV-in məlumatına görə, ABŞ hazırda belə əlaqələri davam etdirir. 
Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumu, sərhədə yaxın yaşayış məntəqələrində yaşayan çoxlu sayda israillinin öldürülməsi və 200-dən çox insanın, o cümlədən uşaq, qadın və qocanın qaçırılmasından sonra Yaxın Şərqdə gərginlik alovlanıb. HƏMAS bu hücumu İsrail hakimiyyətinin Qüds Məbədi dağındakı Əl-Əqsa məscidinə qarşı addımlarına cavab kimi qiymətləndirir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31