“Etirazçıları alnından vurun...” – Kadırovdan ŞOK QƏRAR
31 Oktyabr 2023 15:48 DünyaÇeçenistanın rəhbəri Ramzan Kadırov etirazçıların saxlanması barədə göstəriş verib.
Olaylar.az bildirir ki, o, bu barədə Rusiya Qvardiyasının nümayəndələrinin iştirakı ilə hökumətin iclasında deyib. Kadırov fikirlərini bu cür ifadə edib:
"İcazəsiz iğtişaşlara gedən bir nəfər də olsa, onu saxlayıb həbs edin. Yaxud, havaya üç xəbərdarlıq atəşi açın və bundan sonra şəxs qanuna əməl etmirsə, alnından dördüncü atəşı açın", - o bildirib.
Müvafiq video Çeçenistan rəhbərinin teleqram kanalında yayımlanıb. Kadırov qeyd edib ki, qanuna tabe olmayan şəxslərin alnına güllənin vurulması onun sifarişidir.
Qeyd edək ki, oktyabrın 29-na keçən gecə Mahaçqalada yəhudi qaçqınların gəlişi ilə bağlı etiraz aksiyaları keçirilib. (Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31