Rusiyada azərbaycanlıların toyuna silahlı müdaxilə: 5 nəfər..
31 Oktyabr 2023 15:29 DünyaRusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranların birində baş tutan azərbaycanlıların toy mərasimi hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat səbəbindən qəfil yarımçıq kəsilib.
Olaylar.az musavat.com-a istinadən bildirir ki, bununla bağlı videogörüntülər "Telegram" kanallarında paylaşılıb.
Mərasimin keçirildiyi məkana gələn hüquq-mühafizə orqanları əməkdaşları toyda iştirak edən bütün vətəndaşların sənədlərini yoxlayıblar.
Yoxlama nəticəsində beş nəfərin saxlandığı bildirilir.
İlkin məlumata görə, saxlanılan şəxslərin deportasiya olunacaqları gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31