Rusiyada sursat istehsalı zavodunda partlayış oldu

Rusiyada Solikamsk şəhərindəki "Ural" sursat istehsalı zavodunda partlayış baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, partlayış anında binada heç kəs olmayıb, hadisə nəticəsində xəsarət alan yoxdur.

Zavod ştat rejiminidə fəaliyyətini davam etdirir. Hadisənin baş verdiyi şərait araşdırılır. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31