Ermənistan Arazdəyəndəki metallurgiya zavodunun başqa yerə köçürüləcəyini təsdiqlədi
31 Oktyabr 2023 14:58 DünyaArazdəyəndəki metallurgiya zavodu başqa yerə köçürüləcək.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan parlamentdə jurnalistlərə deyib.
Zavodun yaxın əraziyə köçürüləcəyini deyən nazir köçürmə və tikinti prosesinin davam etdiyini qeyd edib.
Tikintinin özəl vəsaitlər hesabına aparıldığını deyən Kerobyan sonrakı addımları investorların müəyyənləşdirdiyini bildirib.
"Biz isə coğrafi mövqeyi və regional mühiti nəzərə alaraq onlar üçün maksimum dərəcədə yararlı olmağa çalışırıq", - o deyib.
Bundan başqa, erməni nazir investisyalar üçün əsas şərtin regionda sülhün olduğunu bildirib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31