Ana 4 yaşlı oğlunu yatılı halda öldürdü - Dəhşətli OLAY

Vladivostokda evdə dörd yaşlı uşağın bıçaq xəsarətləri ilə tapılması ilə bağlı cinayət işi açılıb.
    
Olaylar.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Primorsk ərazisi üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

İdarədən verilən məlumata görə, oktyabrın 31-də Demyan Bednı küçəsindəki evlərdən birində qarın nahiyəsində bıçaq xəsarətləri olan azyaşlı oğlan meyiti aşkarlanıb. Cinayətdə uşağın 45 yaşlı anası şübhəli bilinib.

İstintaqın məlumatına görə, oktyabrın 31-nə keçən gecə qadın yatmış oğlunu bıçaqla vurub. Onun psixi xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

Hazırda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31