Terror aktı planlaşdırmaqda şübhəli bilinən üç İsrail vətəndaşı saxlanıldı
31 Oktyabr 2023 12:52 Dünyaİsrailin Təhlükəsizlik Xidməti və polis orqanları İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinən üç israillinin saxlanılması üzrə əməliyyat keçirib.
Olaylar.az İsrail mediasına istinadla xəbər verir ki, saxlanılan şəxslər İsraillə Fələstin arasında silahlı toqquşma fonunda terror aktı təşkil etməyi planlaşdırmaqda şübhəli bilinirlər.
Saxlanılanların hər üçü İsrailin şimalında yerləşən Sahnina və Arrabı şəhərlərinin sakinləridir.
Onların nə vaxt və harada terror aktı törətməyi planlaşdırdıqları barədə məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31