İsrailin Qəzzada hərbi ameliyatı üçüncü mərhələyə qədəm qoyur - ÖZƏL
31 Oktyabr 2023 12:41 Dünya"Radikal Fələstinin Həmas qruplaşmasının hücumlarına cavab olaraq Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyat, anklavda quru əməliyyatlarının genişləndirilməsini əhatə edən üçüncü mərhələyə daxil olub".
Olaylar.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
"Biz müharibənin ortasındayıq. Biz HƏMAS-ın hərbi və idarəetmə imkanlarını məhv etməyi qarşımıza dəqiq məqsəd qoymuşuq. Biz bunu sistemli şəkildə edirik" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31