Yaponiyada naməlum şəxs xəstəxanada atəş açdı

Yaponiyanın Toda şəhərində xəstəxanada naməlum kişi atəş açıb.

Olaylar.az xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyasında məlumat yayılıb.

Atışmanı törədən şəxs daha sonra hadisə yerindən qaçaraq gizlənib. Hadisə nəticəsində ən azı iki nəfər xəsarət alıb. Hadisə yerinə polis cəlb olunub.

Məlumata görə, hadisəni törədən şəxs qonşu Varabi şəhərində poçt şöbəsinin binasında barrikada qurub. Hadisənin təfərrüatı açıqlanmayıb. (Trend )

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31